Ru
15:31 / 12 Sentyabr 2025

Bakıda 2 uşaq küçədə gecələdi - VİDEO

Bakıda 2 uşaq küçədə gecələdi - VİDEO
Eye

Xətai rayonunda “Həzi Aslanov” metrostansiyası yaxınlığında iki uşaq küçədə gecələyib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, “Həzi Aslanov” metrostansiyası yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

“Tədbirlər nəticəsində həmin azyaşlılardan biri – 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib. Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir”, - rəsmi məlumatda vurğulanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar