ABŞ senatorları Rusiyanı və Belarusu “terrorizmin sponsoru olan dövlətlər” kimi tanımağı təklif ediblər .
Bakupost.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.
Nəşrin məlumatına görə, ABŞ qanunvericiliyinə əsasən hazırda bu siyahıda Kuba, İran, Şimali Koreya və Suriya yer alır.
“Bu siyahıya düşmək çətindir. Amma sizə deyim, Rusiya burada olmağı haqq edib”, – deyə amerikalı senator Lindsi Qrem bildirib.
Məqalədə qeyd olunur ki, əgər onlar Ukraynanın iddiasına görə münaqişə zamanı qaçırılmış 19 mindən çox uşağı geri qaytarmasalar. qanun layihəsi Rusiyanın və Belarusun “terrorizmin sponsoru” elan olunmasını nəzərdə tutur.
Ayxan,
BakuPost