Əməkdar artist Firuzə İbadova iki aydır yataq xəstəsidir.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər veir ki, sənətçinin qızı Hülya “1001 şou”ya açıqlamasında anasının səhhəti barədə danışıb.
“Hazırda vəziyyəti stabil olaraq qalır. Həkimlər müalicəni edirlər. Lakin yaş var, daxili orqanlar var və bunların hamısı şərtdir. Ümid edirəm ki, tezliklə yaxşı olacaq”, – o bildirib.
Hülya həmçinin ötən gün müğənni İzzət Bağırovun yaydığı videoya yazılan şərhlərdə anasının plastik əməliyyat olunması ilə bağlı iddialara da münasibət bildirib: “72 yaşlı qadına plastik əməliyyat niyə lazım olsun ki? Allah onsuz da onu gözəl yaradıb. Niyə artıq şeylər yazırsınız? Günah deyil? Axı vəziyyəti yaxşı deyil. Anam haqda kim artıq rəy yazsa, polisə şikayət edəcəyəm. Daxili orqanlarında problem var. Şəkər xəstəliyi var, ona görə yarası sağalmır. Anam çox ağrıyır, ona artıq əsəb yaşatmaq istəmirəm. Gələnlər də sağ olsun, gəlməyənlər də. Lakin o sözləri yazanlara da deyirəm ki, başınıza gəlsin. Anam ayağa qalxacaq, amma səhnəyə qayıtmayacaq. Çünki o qədər küsüb ki, bu səhnədən. Yetəri qədər öz sənətini göstərib”.