Ru
12:39 / 22 Oktyabr 2026

ABŞ-da Nigar Həsənzadənin adına xüsusi rubrika açıldı – Şeirləri ingilis dilində yayımlanacaq

ABŞ-da Nigar Həsənzadənin adına xüsusi rubrika açıldı – Şeirləri ingilis dilində yayımlanacaq
Eye

Azərbaycanlı şairə Nigar Həsənzadənin yaradıcılığı ABŞ-da fəaliyyət göstərən beynəlxalq xəbər və analitika portalında geniş şəkildə təqdim olunacaq.

Bu barədə "Bakupost"a Nigar Həsənzadə özü məlumat verib.

“Bu portal Azərbaycanın mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasına xüsusi önəm verir. Saytda “Nigar Həsənzadə” adlı ayrıca rubrika açılıb. Həmin rubrikada şeirlərim xarici ölkələrin tanınmış şair və tərcüməçilərinin tərcüməsində mütəmadi olaraq dərc ediləcək”, – deyə Nigar Həsənzadə bildirib.

Şairə qeyd edib ki, rubrika görkəmli Azərbaycan yazıçısı Seyran Səxavətin onun yaradıcılığı və poeziyası haqqında qələmə aldığı məqalə ilə açılıb.

Artıq portalda Nigar Həsənzadənin “Peace: A Poem for a Wounded World” (“Sülh: Yaralı dünya üçün şeir”) adlı poetik əsəri də ingilis dilində dərc olunub.

Şair Fiona Sampsonun iştirakı ilə ingilis dilinə tərcümə edilmiş əsərdə müharibələrin insan taleyində buraxdığı izlər, sülh arzusu, mənəvi yaralar və bəşəri dəyərlər əksini tapıb.

Nigar Həsənzadə yaradıcılığının beynəlxalq auditoriyaya təqdim olunmasını Azərbaycan poeziyasının dünyada tanıdılması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib.

Qeyd edək ki, portal Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti, elmi və ictimai-intellektual irsinin beynəlxalq auditoriyaya tanıdılması istiqamətində nəşrlərini davam etdirməyi planlaşdırır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar