Ru
15:44 / 12 Sentyabr 2025

Dünyada ilk virtual "nazir" işə başladı

Dünyada ilk virtual "nazir" işə başladı
Eye

Albaniyada dünyada ilk dəfə kod və alqoritmlərdən yaradılmış "nazir"ə vəzifə verilib.

Bakupost.az xəbər verir ki, bu barədə Albaniyanın Baş naziri Edi Rama paytaxt Tiranada Sosialist Partiyasının iclasında çıxışı əsnasında məlumat verib. O vurğulayıb ki, "Diella" (alban dilində "günəş" deməkdir) adlı yeni virtual məmur əsasən dövlət satınalmaları prosesinə cavabdeh sayılacaq.

"Diella" hökumətimizin ilk üzvüdür ki, fiziki mənada yoxdur. O, süni intellektlə (Sİ) yaradılıb. "Diella" tenderlərlə əlaqədar qərarları nazirliklərdən kənarda – tamamilə korrupsiyasız, şəffaf və rəqəmsal surətdə verəcək", – Baş nazir söyləyib.

Məlumata əsasən, alban milli geyimində avatara və gənc qadın simasına malik "Diella" ölkənin "e-Albania" rəqəmsal hökumət platformasında işləyir. Vətəndaşlar onun vasitəsilə əksər dövlət xidmətlərini onlayn rejimdə alırlar. Bildirilib ki, o, bürokratiyanın maneələrini qırmağa təkan verəcək.

Edi Rama hələ keçən ay söyləmişdi ki, ölkədə bir gün rəqəmsal nazir, hətta süni intellektlə işləyən baş nazir vəzifəyə gələ bilər. Əksəriyyət hökumət başçısının sözlərinin belə qısa müddətdə reallaşacağını gözləmirdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar