Bakı- Qazax şossesinin Qaradağ rayonu ərazisinə ağır yol qəzası baş verib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində 77-UM-423 dövlət nişanlı “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü ailə üzvləri ilə birlikdə paytaxtdan rayona üz tutubmuş.
Sürücü sükana nəzarəti itirdiyindən maşın yolayrıcı dəmirə çırpılıb.
Qəza zamanı sürücü, onun qızı, oğlu və həyat yoldaşı ağır xəsarətlər alıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Mərkəzdən verilən məlumata görə, sürücü və oğlunun vəziyyəti ağırdır.