Bu gün Bakıda marşrut avtobusunda sərnişin ölüb.
Bakupost.az News24.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
Binəqədi rayonu 9-cu mikrorayon ərazisindən keçən avtobusda sərnişin olan 60-65 yaşlı kişi özünü pis hiss edib və oturduğu yerdə qəfildən keçinib.
Əraziyə təcili yardım briqadası və prokurorluq əməkdaşları cəlb edilib.