Ru
17:20 / 11 Noyabr 2016

Bakıda avtoşluq edən qadın saxlanıldı - Polis imiş/FOTO

Bakıda avtoşluq edən qadın saxlanıldı -  Polis imiş/FOTO
Eye

Bakının mərkəzində avtoşluq edən xanım polis tutulub.

 

BakiPost.az Criminal.az-a istinadən xəbər verir ki, polis əməkdaşı olan 30 yaşlı Esmira Zahir qızı Neymətova idarə etdiyi bahalı 10 MA 084 dövlət nömrə nişanlı Jeep markalı avtomobillə Neftçilər prospektində avtoxuliqanlıq edib.



Polis əməkdaşları onu saxlayaraq maşını cərimə meydançasına aparıb. Bu zaman E.Neymətova polislərə etiraz edərək yüksək vəzifəli adamların adından istifadə edərək məsuliyyətdən yayınmaq istəyib.



Araşdırma zamanı E.Neymətovanın adından istifadə etdiyi şəxslə əlaqə saxlanılıb və o, qızı tanımadığını deyib.



Hazırda qız Səbail rayon Məhkəməsinə aparılıb. Onun barəsində tədbir görüləcək.



E.Neymətova Bakıda polis işləyir. Onun hansı vəzifədə olması açıqlanmır.

 

Bakı Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar