Ru
11:04 / 12 Avqust 2025

Bakıda "BakuBus" TÜSTÜLƏNDİ - Həyəcanlı GÖRÜNTÜLƏR

Bakıda "BakuBus" TÜSTÜLƏNDİ - Həyəcanlı GÖRÜNTÜLƏR
Eye

Bakıda "BakuBus" avtobusunda tüstülənmə olub.

Bakupost.az bildirir ki, bu barədə oxu.az-a sərnişinlər məlumat veriblər.

Bildirilib ki, "BakuBus" MMC-nin balansında olan 99-JU-264 nömrə nişanlı 3 saylı marşrut avtobusunda Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində tüstülənmə olduğu üçün sürücü mənzil başına çatmamış sərnişinləri nəqliyyat vasitəsindən endirib.

Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu verilib.

Sözügedən hadisənin görüntüsünü təqdim edirik:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar