Ru
11:19 / 30 İyul 2025

Bakıda "Bravo"nun qarşısındakı qanunsuz parkinq ləğv edildi - FOTO

Bakıda "Bravo"nun qarşısındakı qanunsuz parkinq ləğv edildi - FOTO
Eye

Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində (“Montin” adlanan ərazi) səkinin hesabına yaradılan qanunsuz parkinq ləğv edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ərazidə dağıdılmış səki bərpa olunub, çoxillik ağaclar diblərinə tökülmüş asfaltdan təmizlənib.

Qeyd edək ki, piyada səkisini qanunsuz parkinqə çevirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Bakı 4 N-li Yol İstismarı” MMC-nin rəhbərliyi cəzalandırılıb.

MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan işlərin aparıldığı “Şirvanşah Residence”nin qarşısında vurulmuş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddətdə bərpa olunması tapşırılıb və tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb.

Fotoqrafımız Xəyal Vəlizadənin ərazidən lentə aldığı fotoları təqdim edirik:










Bakıda "Bravo"nun qarşısındakı qanunsuz parkinq ləğv edildi - FOTO
Bakıda "Bravo"nun qarşısındakı qanunsuz parkinq ləğv edildi - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar