Latviya, Litva və Estoniya Baltik Hərbi Mobilik Zonası yaradılması barədə razılaşma imzalayıb.
Bakupost.az xəbər verir ki, Litvanın Müdafiə Nazirliyi məlumatına görə, sənəd üç ölkənin müdafiə nazirləri tərəfindən təsdiqlənib. Layihə NATO koordinasiyası altında hazırlanır.
Razılaşmanın əsas məqsədi böhran vəziyyətində Baltikyanı ölkələr arasında qoşunların və hərbi texnikanın daşınmasını asanlaşdırmaq və sürətləndirməkdir. Bu, bürokratik prosedurları azaldaraq NATO-nun şərq qanadında birgə əməliyyatların operativliyini artıracaq.
Litvanın müdafiə naziri Robertas Kауnas bildirib ki, yeni mexanizm zərurət yarandığı halda Litvanın hərbi texnikasının Riqaya, Estoniyanın artilleriyasının Vilnüsə, Latviyanın bölmələrinin isə Tallinə göndərilməsinə imkan verəcək.
Kauanas, "Böhran zamanı hər saat önəmlidir — bürokratik maneələr müdafiəmizi ləngidə bilməz. Biz NATO-nun şərq qanadının sahibləriyik və müdafiə planlarının icrasına ciddi yanaşırıq”, – deyə vurğulayıb.
Cavid, BakuPost