Ru
19:23 / 02 Fevral 2026

Proqnozlarımda yanılmamışam, bu da olacaq - Saakaşvili

Proqnozlarımda yanılmamışam, bu da olacaq - Saakaşvili
Eye

Əlimdə olan etibarlı məlumata görə, İvanişvili Prezident Sarayını öz adına keçirməyi, funksiya və memarlığını dəyişməyi planlaşdırır.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Gürcü xalqının barışmaz düşməni dövləti məhv etməklə yanaşı, dövlət rəmzlərini də məhv edir. Bu saray da Gürcüstan dövlətçiliyinin quruculuğunun doqquz illik “qızıl dövr”ünün simvollarından biridir. Əgər dövlət olmayacaqsa, Prezident Sarayının nə mənası qalır?

Diktator və ağaları gürcülərə çox da uzaq olmayan keçmişdə qazandıqları uğurlarını unutdurmaq istəyirlər. Əminəm ki, vaxt tapsalar, bayraq, gerb və himni də dəyişəcəklər. Təəssüf ki, indiyə qədər proqnozlarımda heç vaxt yanılmamışam”, - o bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar