Ru
23:55 / 13 Yanvar 2021

Bakıda dəhşətli qəza: Avtobus motosikletlə toqquşdu

Bakıda dəhşətli qəza: Avtobus motosikletlə toqquşdu
Eye

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"BakuPost" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sürücü, 2001-ci il təvəllüdlü Yusifov Kənan Mahir oğlu motosikletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi sərnişin avtobusu ilə toqquşub. Nəticədə K.Yusifov xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona üz-çənə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar