Ru
22:19 / 01 Avqust 2026

UEFA FIFA prezidentliyinə namizədlər axtarır

UEFA FIFA prezidentliyinə namizədlər axtarır
Eye

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidenti Canni İnfantinonu əvəz edəcək namizəd axtarışındadır.


"Bakupost" xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Qəzet xatırladıb ki, UEFA daha əvvəl İnfantinonun Dünya Çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq təşəbbüsü səbəbindən ona etimadsızlıq səsverməsi keçirməyi nəzərdən keçirirdi. Məlumata görə, bu ideya UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası və KONMEBOL tərəfindən dəstəklənməyib və nəticədə İnfantino layihədən imtina edib.

UEFA hesab edir ki, FIFA-ya bütün qitələrin dəstəyini qazana biləcək “birləşdirici fiqur” rəhbərlik etməlidir. The Telegraph yazır ki, təşkilat Avropadan olan namizədlərin kifayət qədər səs toplaya bilməyəcəyini düşündüyü üçün onları nəzərdən keçirmir.

Mümkün namizədlər arasında KONKAKAF prezidenti kanadalı Viktor Montalyani və Asiya Futbol Konfederasiyasının prezidenti, Bəhreyndən olan Şeyx Salman bin İbrahim Əl-Xəlifənin adı çəkilir. Sonuncu 2016-cı ildə keçirilən seçkilərdə İnfantinoya cüzi fərqlə uduzmuşdu.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar