Ru
13:33 / 10 Aprel 2026

Bakıda dispanserin iyrənc vəziyyəti hamını şoka saldı - GÖRÜNTÜLƏR

Bakıda dispanserin iyrənc vəziyyəti hamını şoka saldı - GÖRÜNTÜLƏR
Eye

Bakıda yerləşən vərəm dispanserlərindən birində antisanitar vəziyyət hökm sürür.

Bakupost.az -ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda tibb müəssisəsinin sanitar qovşağının baxımsız, təmirsiz və yararsız vəziyyətdə olduğu əks olunub.

Görüntülərin 1 nömrəli Vərəm Əleyhinə Dispanserə aid olduğu iddia edilib.

Paylaşımda deyilir:

“Bakıda yerləşən Vərəm Dispanserinin ayaqyolunun 2026-cı ildəki vəziyyəti. Bu da bizim dövlət xəstəxanamız... Ümid edirik ki, orada çalışanlar özləri vərəm deyil”.

İddialarla bağlı sözügedən dispanserlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirməyə çalışdıq. Lakin qarşı tərəf iddiaları nə təsdiqlədi, nə də təkzib etdi.


Səhiyyə Nazirliyindən isə görüntülərin həmin dispanserə aid olduğunu təsdiqlədilər.

Qurumun Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən Bakupost.az -a bildirdilər ki, bu tibb müəssisəsinin təmirə ehtiyacı var:

“Sözügedən binanın əsaslı təmiri və ya yenidən inşasının Dövlət İnvestisiya Proqramına daxil edilməsi ilə bağlı təklif müvafiq dövlət qurumuna təqdim olunub. Maliyyə vəsaiti ayrıldığı təqdirdə, 2027–2030-cu illər ərzində binanın əsaslı təmiri və ya yenidən inşasının həyata keçirilməsi nəzərdə tutulur”.

Lalə Novruz,
BakuPost

" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar