Ru
11:19 / 22 Yanvar 2020

Bakıda hündürmərtəbəli binada yanğın - Sakinlər təhlükədədir - YENİLƏNİB

11363
10:25

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

BakuPost xəbər verir ki, bu barədə yanğın baş verən binanın sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.


Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

***

Bakıda hündürmərtəbəli yaşayış binasında başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, əraziyə cəlb edilən xilasedicilər bina sakinlərini təxliyə edə biliblər.

Yanğın binanın elektrik xətlərindən başlamışdı. Binanın sakinləri bildirmişdilər ki, onları təxliyyə etmək mümkün olmur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər