Uzun müddət bodibldin ilə məşğul olan gənc idmançı növbəti məşqi zamanı ürək nahiyyəsində şiddətli ağrı hiss edib. Təcrübəli məşqçi Emin Çaqaev dərhal onu "Mediland Hospitala" çatdırıb.
Bakupost.az xəbər verir ki, bu barədə anestezioloq-reanimatoloq Qulam Rüstəmzadə özünün Facebook səhifəsində məlumat paylaşıb.
Təcili yardım həkimi aparılan EKQ müayinəsi zamanı kəskin miokard infarktına xas dəyişiklikləri aşkarlayıb və xəstə dərhal invaziv kardioloji briqadaya yönləndirilib. Pasient əməliyyata hazırlanarkən ürəyi 7 dəfə dayanıb, hər dəfə elektroşok vasitəsilə yenidən işə salınıb.
Peşəkar invaziv kardioloq tərəfindən həyata keçirilən təcili müdaxilə zamanı tıxanmış arteriya açılıb və stent yerləşdirilib. Xəstə əməliyyatdan sonra 2 gün ərzində qənaətbəxş vəziyyətdə evə buraxılıb.
Həkim qeyd edir ki, miokard infarktının səbəbi fiziki məşqlər deyil, mütəmadi olaraq check-up müayinələrindən keçməməkdir:
“Sağlamlığınıza nəzarət etməyi tövsiyyə edirik”.
Ayxan,
BakuPost