Ru
17:23 / 10 İyul 2026

Bakıda iki moto-kuryer toqquşdu – Biri ağır yaralanıb - FOTO

Bakıda iki moto-kuryer toqquşdu –  Biri ağır yaralanıb - FOTO
Eye

Bakının “Həzi Aslanov” metrostansiyası yaxınlığında, “Şanlıurfa” restoranının qarşısında iki moto-kuryer toqquşub.

Bakupost.az xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Şahidlərin sözlərinə görə, sürücülərdən biri baş nahiyəsindən ağır zərbə alıb, zərbənin təsirindən kaskası başından çıxıb. Onun vəziyyətinin ağır olduğu, hətta öldüyü iddia olunur.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.

Lalə,
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar