Bakıda işıq dirəklərinin metal hissələrini oğurladı, DİN əməliyyat keçirdi - VİDEO
161
Paytaxtın Nizami rayonu ərazisində işıqlandırma dirəklərinin üzərindəki metal qurğular oğurlanıb.
DİN Mətbuat xidmətindən Bakupost.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı Qadir Süleymanov müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun oğurladığı hissələri metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.