Ru
16:55 / 11 Aprel 2017

Bakıda keçirilən “Shopping Festival” - Əhali niyə narazıdır?

Bakıda keçirilən “Shopping Festival” -  Əhali niyə narazıdır?
Eye

"Bu ildə ölkəmizdə keçirilən
Shopping Festivalda yerli məhsullarımız az olacaq. Daha çox xaricdən gətirilən
məhsullar satılacaq”.


Bu sözləri BakiPost.az-a açıqlamasında
iqtisadçı Natiq Cəfərli festivalla bağlı yaranmış narazılıqları şərh edərkən deyib.


Onun sözlərinə görə, bu
festival əsasən ölkəmizə gələn turistlər üçün nəzərdə tutulub:
"Ötən il endirim
kampaniyası idi. Bu il isə Shoppinf Festivalı şəklində 1 ay ərzində ilk dəfə
keçirilir. Təbii ki, yerli istehsalımız çox zəifdirsə, yerli istehsal olmayan
bir ölkədə Shopping Festivallarının böyük təsiri olmur. Bu festivallar bizə gələn
turistlər üçün nəzərdə tutulur. Məsələn, İstanbulda ildə yaz və payız aylarında
2 dəfə keçirilir. Bəzən yay aylarına da salırlar. Bunun bir əhəmiyyəti olur.
Çünki mağazalarda satılan məhsulun təqribən 75-80 faizi yerli istehsaldır.
Yerli şirkətlər bu festivalın olmasında çox maraqlıdırlar və turistlər üçün nəzərdə
tutulur. Turistlərin həm alış-veriş etdiyini, həm də gəzdiklərini nəzərə alsaq
İstanbulun həmişə böyük divident götürdüyünün şahidi olmuşuq. Tiflisdə isə bu
festival 2011-ci ildən keçirilir. Onlarda turizmin inkişafı üçün, turist cəlbi üçün
ciddi bir təşviq proqramı həyata keçirir. Gürcüstanda yerli istehsal o qədər
çox deyil. Amma ən azından satılan məhsulların üçdə biri Gürcüstanda istehsal
olunur”.




İqtisadçı bildirib ki, Azərbaycana
gələn turistlər alış-verişdə o qədər də maraqlı olmur:
"Son vaxtlar Azərbaycana
gələn turistlərin əksəriyyəti ərəb ölkələrindəndir. Dubay kimi şəhərdə ucuz
alış-veriş mərkəzlərini qoyub Azərbaycana məhz bunun üçün gələcəklərini düşünmək,
məncə o qədər də doğru yanaşma deyil. Çünki Bakıdakı qiymətlər nə qədər ucuz
olsa da, Dubaydan ucuz olmayacaq. Ən azından bu nöqteyi nəzərdən ərəb turistlərini
Shopping Festivallara cəlb eləmək çətin məsələdir”.


N.Cəfərli hesab edir ki, bu
festival yerli əhali üçün daha cəlbedicidir:
"Amma hətta uğurlu olsa,
alış-verişin artdığını düşünsək belə yerli istehsal həddindən artıq çox cüzi şəkildə
təmsil olunduğu üçün əksinə olaraq bu, ölkədən valyuta axınına səbəb olacaq.
Çünki əsas müştərilər yerli insanlar olsa aldıqların malın pulunu manatla ödəyəcəklər.
Ancaq satılan məhsullar xarici istehsal olduğu üçün valyuta ilə gətirilir. Hətta
alış-verişlər uğurlu olsa belə bir çox hallarda manat valyutaya dönüb ölkədən
çıxacaq. Bu nöqteyi-nəzərdən, təbii ki, Azərbaycanda da bunun keçirilməsi niyyət
olaraq anlaşılandır. Bu daha çox ticarət dövriyyəsi artması və turistlərdə
maraq oyatmaq üçün təşkil olunub. Niyyət olaraq bəlkə də gələcək üçün uyğun qərardır.
Amma yerli istehsalın az olması bunun iqtisadi effektivliyini və Azərbaycana
daha çox valyuta gəlməsini təmin etməyəcək”.

 

Sevinc Yasinqızı

Bakı Post


Bakıda keçirilən “Shopping Festival” -  Əhali niyə narazıdır?
Bakıda keçirilən “Shopping Festival” -  Əhali niyə narazıdır?
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar