Ru
11:06 / 22 Noyabr 2025

Bakıda kişi pivəni içib butulkasını məhkəmə binasına atdı

Bakıda kişi pivəni içib butulkasını məhkəmə binasına atdı
Eye

Bakıda məhkəmə binasına butulka atılıb.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

52 yaşlı Seymur Fərəcov (ad və soyad şərtidir) küçədə spirtli içki (pivə) içib və boş butulkanı Bakı İnzibati Məhkəməsinin yeni istifadəyə verilən binasına atıb. Seymurun sözlərinə görə, hadisə vaxtı yeni bina hələ istifadəyə verilməmişdi.

Bu əməlinə görə, Seymur Fərəcov saxlanılaraq, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

Seymur ifadəsində ikinci qrup əlil və əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini deyərək məhkəmədən barəsində yüngül cəza tətbiq olunmasını istəyib.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə Seymur Fərəcov barəsində 75 manat məbləğində inzibati cərimə cəzası təyin edilib.

Qeyd edək ki, Bakı İnzibati Məhkəməsi bir müddət davam edən təmirdən sonra noyabrın 20-də Nərimanov rayonu Təbriz küçəsində yerləşən daimi binasına köçürülüb. Daimi bina isə keçmiş Elm və Təfəkkür Universitetinə məxsusdur. Belə ki, universitetin fəaliyyəti dayandırıldığı üçün onun binası daimi olaraq, Bakı İnzibati Məhkəməsinə verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar