Türkiyəli müğənni Rıza Tamer vəfat edib.
Bakupost.az xəbər verir ki, sənətçi Bodrumdakı evində qəfil halı pisləşib və təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Rıza Tamer Bakıda planlaşdırdığı konserti ləğv etməsi ilə gündəmə gəlmişdi. O, konsertin ləğv edilməsini türk lirəsinin Azərbaycanda istifadə olunmaması ilə əlaqələndirmiş və “türk lirəsinin işləmədiyi ölkələrdə konsert verməyəcəyəm” demişdi. Bu açıqlama Azərbaycanda geniş müzakirələrə səbəb olmuşdu.
Daha sonra müğənni açıqlamasında Bakıya həm konsert, həm də gəzmək üçün bir gün əvvəl gəldiklərini və ölkə ilə bağlı heç bir problemin olmadığını bildirmişdi.
Röya Rizvanzadə, BakuPost