Bakıda supermarketlərin birində atışma olub.
Bakupost.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.
İlkin məlumata görə, inkasator maşınına hücum olub. Bir nəfər xəsarət alıb, bir nəfər isə ölüb.
***
TƏBİB-dən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Əlavə məlumat veriləcək.
13:10
***
Atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.
Bakupost.az xəbər verir ki, ölən şəxs mühafizəçi Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib. Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ ciynindən güllələnib.
Məlumata görə, hadisəni törədən 2 şəxs olub. Onlardan biri saxlanılıb. Digəri şəxsin saxlanılması istiqamətində işlər aparılır.