Ru
13:24 / 23 Yanvar 2026

Bakıda maşın soyan şəxs saxlanıldı

Bakıda maşın soyan şəxs saxlanıldı
Eye

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.


Bakupost.az APA -ya istinadla xəbər verir ki, naməlum şəxs zərərçəkənin “Lexus” markalı avtomobilinin şüşəsini sındıraraq içərisindən 2100 manat, bank kartları və sənədlərini talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun elə həmin gün eyni üsulla “Changan” markalı digər avtomobildən də bank kartları oğurladığı, daha sonra isə kart hesabında olan pul vəsaitini nağdlaşdırdığı məlum olub.

Xətai rayonunda keçirilən tədbir zamanı isə qəssab dükanından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı V.Abbasov da saxlanılıb.

Faktlar üzrə araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar