Ru
19:12 / 04 Dekabr 2020

Bakıda məşhur mağazalardan oğurluq edən şəxs tutuldu FOTOLAR + VİDEO

Bakıda məşhur mağazalardan oğurluq edən şəxs tutuldu  FOTOLAR + VİDEO
Eye

Bakıda oğurluq hadisəsi baş verib.


Bu barədə "BakuPost"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda yerləşən “Baku Elektronics” mağazasından dəyəri 4599 manat olan noutbuk oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Nicat Qasımov saxlanılıb.


N. Qasımov ifadəsində ayrı-ayrı vaxtlarda paytaxtın müxtəlif rayonlarında yerləşən “Baku Elektronics” və “Kontakt Home” mağazalarından ümumilikdə 6 dəfə oğurluq etdiyini etiraf edib. O, oğurladığı telefon və noutbukları isə satdığını bildirib. Qeyd edilən mağazalardan oğurluq etməsi həmin obyektlərin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.


Nicat Qasımov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar