Bakı şəhəri, Yasamal rayonu, H.Məcidov küçəsində obyektdə yanğın hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda, əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının 225 kvadrat metrlik ikimərtəbəli müxtəlif təyinatlı obyektdə baş verdiyi məlum olub. Alovun yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər yanğının genişlənməsinə, o cümlədən yaxınlıqda park edilmiş avtomobillərə və tikililərə yayılmasına imkan vermədən qısa müddətdə söndürüb.
Yanğın nəticəsində 15 kv. metrlik avtomobil ehtiyat hissələrinin satışı mağazası yanıb, yüksək temperaturdan 2-ci mərtəbədəki kafenin plastik pəncərələri əriyib.
Obyektin böyük hissəsi, yaxınlıqda park edilmiş avtomobillər və digər tikililər yanğından mühafizə olunub.