Bakıda 62 yaşlı Xəlilov Kutais Şəkər oğlu itkin düşüb.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Məlumata əsasən, 1963-cü il təvəllüdlü Xəlilov Kutais Şəkər oğlu 21 noyabr 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Qeyd olunur ki,ertəsi gün – 22 noyabrda günortaya qədər onun telefonuna zəng çatıb, lakin o, zənglərə cavab verməyib.
Faktla bağlı polisə məlumat verilib.
İtkin düşən şəxsi görənlərdən polis orqanlarına və ya ailəsinə məlumat vermələri xahiş olunur.
Əlaqə nömrəsi: 055 232 01 11 – Elşən
Lalə, BakuPost