Ru
20:30 / 07 Noyabr 2026

İran raket istehsalı üçün “yeraltı şəhər” yaratdı

İran raket istehsalı üçün “yeraltı şəhər” yaratdı
Eye

İran raket və pilotsuz uçuş aparatlarının istehsalını yeraltı komplekslərə köçürüb və “raket istehsalı üçün yeraltı şəhər” yaradıb.

"Bakupost" xəbər verir ki, barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, SEPAH-ın Aerokosmik Qüvvələri raket və dron istehsalını qısa müddətdə yeraltı obyektlərə köçürə bilib.

“Bu gün İranın geniş və müxtəlif coğrafiyası barədə öz biliklərimizə və qeyd etdiyim çevik imkanlara əsaslanaraq, düşmənin silah istehsalımıza və modernləşdirmə işlərimizə bir an belə mane olmasına heç vaxt imkan verməyəcəyik”, – Möhibi bildirib.

O qeyd edib ki, yeraltı istehsal infrastrukturu hərbi əməliyyatlar və hava hücumları zamanı da raket və pilotsuz uçuş aparatlarının istehsalını davam etdirməyə imkan verir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar