Ru
11:27 / 24 Aprel 2026

Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - VİDEO

Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - VİDEO
Eye

Bakıda şagird məktəbdə özünə xəsarət yetirib.

Bakupost.az xəbər verir ki, hadisə aprelin 23-ü 145 nömrəli tam orta məktəbdə baş verib.

VII sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.

Məktəbdən bildirilib ki, şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd olunur ki, yeniyetmə sinif yoldaşlarının onu videoya çəkib paylaşacaqları ilə bağlı təhdidlərdən sonra bu addımı atıb.

Daha ətraflı süjetdə:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar