Ru
09:52 / 17 Fevral 2022

Bakıda etiraz: sürücülər yolu bağladılar

Bakıda etiraz: sürücülər yolu bağladılar
Eye

Bakıda sürücülər etiraz edərək, Heydər Əliyev prospektində yolu bağlayıblar.

Bakupost.az xəbər verir ki, 4 yük avtomobili yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriliblər.


Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.

Bu səbəbdən Heydər Əliyev prospektində böyük tıxac yaranıb.

Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun açılması istiqamətində işlər görülür.



Şərhlər
  • namiq

    meşə yiyəsizdir

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar