Ru
18:27 / 16 Avqust 2024

Bakıda zavod rəsmisi cəzalandırıldı

Bakıda zavod rəsmisi cəzalandırıldı
Eye

Sabunçu rayonunda fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntü Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bakupost.az-ın məlumatına görə, Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı həmin müəssisənin “17 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodu olduğu müəyyən edilib. Zavodda təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya tüstünün yayıldığı məlum olub.

Faktla bağlı MMC-yə məsul şəxs Elşad Həsənov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, filtrlərin vaxtında dəyişdirilməsi üçün məcburi göstəriş verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar