Ru
09:57 / 28 Avqust 2025

Bakıdakı partlayışla bağlı təcili yardıma dörd nəfər müraciət edib

Bakıdakı partlayışla bağlı təcili yardıma dörd nəfər müraciət edib
Eye

Avqustun 28-də saat 06:10-da Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yaşayış binasında partlayış baş verməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Bakupost.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub:

"Təcili tibbi yardım briqadasına ikisi uşaq olmaqla, ümumilikdə dörd nəfərin (biri qadın, üçü kişi cinsli) müraciəti qeydə alınıb.

Onların hər birinə təcili tibbi yardım briqadası tərəfindən yerinə ilkin tibbi yardım göstərilib".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar