Bu gün Bakının Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq.
Bu barədə
Bakupost.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, Xətai rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.