Ru
19:01 / 07 Yanvar 2026

ABŞ daha bir rus tankerini ələ keçirdi - VİDEO

ABŞ daha bir rus tankerini ələ keçirdi - VİDEO
Eye

ABŞ Rusiyanın “kölgə donanması”-na daxil olan daha bir tankeri ələ keçirdiyini elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem özünün “X” hesabında məlumat yayıb.

Məlumata görə “Sofia” adlı tanker Karib hövzəsi sularında ələ keçirilib.

Nazir bildirib ki, saxlanılan gəmilər — Bella I (Marinera) motorlu tankeri və Sofia motorlu tankeri — ya Venesuelada sonuncu dəfə olub, ya da oraya gedən istiqamətdə hərəkət edib.

“Qaça bilərsiniz, amma gizlənə bilməzsiniz”,- nazir xəbərdarlıq edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar