Ötən gün axşam saatlarında paytaxtın Səbail rayonu, “Sahil” metrosunun yaxınlığında yerləşən dönərxanada yanğın baş verib.
Bakupost.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, yanğınsöndürənlər əraziyə gələnə qədər, alovun söndürülməsinə ilkin müdaxiləni polislər edib.
Bundan başqa polis əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə maneəsiz yaxınlaşması üçün şərait yaradıb. Yanğın qısa müddət ərzində söndürülüb.
Gülsüm, BakuPost