Ru
15:14 / 19 Yanvar 2026

“Ermənistan-Türkiyə münasibətləri Azərbaycanla danışıqlara təkan verə bilər” – İrəvandan açıqlama

“Ermənistan-Türkiyə münasibətləri Azərbaycanla danışıqlara təkan verə bilər” – İrəvandan açıqlama
Eye

“Ermənistan–Türkiyə və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması ayrı-ayrı proseslər olsa da, regionda baş verənlər bu proseslərin bir-birinə müsbət təsir göstərməsini qaçılmaz edir”.

Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib.

Rubinyan yanvarın 19-da parlamentdə jurnalistlərə açıqlamasında deyib ki, İrəvanın mövqeyində dəyişiklik yoxdur və hər iki istiqamət ayrıca gündəlik üzrə aparılır: “Ermənistan-Türkiyə münasibətlərində əldə olunacaq irəliləyiş Azərbaycanla münasibətlərin normallaşmasına zərər verməyəcək, əksinə, yeni impuls yaradacaq”.

Vitse-spiker eyni zamanda Ermənistan–Azərbaycan xəttində də ciddi irəliləyişlərin olduğunu vurğulayıb. O, 8 avqust sülh bəyannaməsini, eləcə də dəmir yolu blokadasının qismən aradan qaldırılmasını bu prosesin mühüm elementləri kimi dəyərləndirib.

“Ümumilikdə hesab edirəm ki, bütün proseslər müsbət istiqamətdə inkişaf edir və artıq müəyyən nəticələri görürük. Qarşıdakı dövrdə daha fərqli və konkret nəticələrin də şahidi olacağıq”, – deyə Rubinyan bildirib.

Erməni rəsmisinin bu açıqlamaları regionda normallaşma və kommunikasiya xətlərinin açılması ilə bağlı gözləntilərin artdığı bir dövrdə diqqət çəkir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar