Ru
15:12 / 19 Yanvar 2026

Nəsimi Nəbizadənin qaçdığı mərkəzə cinayət işi açıldı

Nəsimi Nəbizadənin qaçdığı mərkəzə cinayət işi açıldı
Eye

Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi barədə cinayət işi başlanılıb.


Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.

Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar