Ru
14:56 / 19 Yanvar 2026

"Gördüm polis çoxdur, soruşdum ki..." - İqbal Ağazadə Elnurun həbsindən danışdı

"Gördüm polis çoxdur, soruşdum ki..." - İqbal Ağazadə Elnurun həbsindən danışdı
Eye

“Mən bilmirəm, polis kimi tutub.Mənim Elnur adında o qədər dost və tanışlarım var, onların heç biri tutulmayıb”.

Bunu Bakupost.az -a açıqlamasında "Ümid" sədri İqbal Ağazadə partiyanın mərkəzi qərargahında əməliyyat keçirilməsi, dostu və həmyerlisi olduğu iddia edilən şəxsin saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Tutulan adamın bizə aidiyyatı yoxdur.Tanımırıq, kimdir. Hadisə partiyanın qərargahından 150 metr məsafədə, yolda baş verib. Sadəcə, polis çox idi deyə mən də yaxınlaşıb soruşdum ki, nə məsələdir. Dedilər ki, əməliyyat keçiririk, axtarışla bağlıdır. Mən də "uğurlar olsun" dedim və ofisə qayıtdım. Vəssalam.
Bunu da çox təəssüf ki, jurnalistə demişəm. Məndən zəng edib soruşub. Hətta guya məndən başqa bir sual soruşur. O sualı verib, mən demişəm ki, indi sükan arxasındayam, 1 saata zəhmət olmasa, mənə zəng et. 1 saat sonra zəng edib deyir ki, əslində bu sualı verməyəcəkdim, sadəcə belə bir informasiya almışdım və yoxlayardım ki, düzdürmü? Mən də demişəm, bu informasiyanın bizə aidiyyəti yoxdur.
Sensasiya xətrinə belə şeylər yazmaq olmaz”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar