Ru
11:06 / 27 Aprel 2026

Bala dair yeni qaydalar hazırlanır

Bala dair yeni qaydalar hazırlanır
Eye

Azərbaycanda bala dair sanitariya norma və qaydaları təsdiq ediləcək.

Bakupost.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı müvafiq texniki normativ hüquqi akt layihəsi artıq hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

Layihəyə əsasən, filtrlənmiş və bişirmə bal istisna olmaqla bal istehsal edildiyi bölgənin bitki örtüyünə xas xüsusiyyətləri daşıyırsa, məhsulun adının həmin coğrafi bölgənin coğrafi və ya topoqrafik adı ilə birgə yazılmasına yol veriləcək.

Qeyd edək ki, filtrlənmiş bal kənar üzvi və ya qeyri-üzvi maddələrin filtrasiya yolu ilə kənarlaşdırılması vasitəsilə çiçək tozcuğu tərkibi azaldılmış baldır. Bişirmə balı isə sənayedə və ya sonradan emal edilən qida məhsullarının inqrediyenti kimi istifadəsi nəzərdə tutulan, kənar dad və qoxuya malik, qıcqırmağa başlamış, qıcqırmış və ya yüksək temperaturda emal olunmuş bal hesab edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar