Ru
17:47 / 08 Sentyabr 2025

Baxçalıdan Öcalana Suriya ilə bağlı hərbi xəbərdarlıq

Baxçalıdan Öcalana Suriya ilə bağlı hərbi xəbərdarlıq
Eye

MHP sədri Dövlət Baxçalı PKK lideri Abdullah Öcalandan təşkilatın Suriya və Avropadakı törəmə strukturlarına çağırış etməsini tələb edib.

Bakupost.az-ın Türkiyənin "Aydınlık" nəşrinə istinadla məlumatına görə, Baxçalı bildirib ki, Türkiyə bundan sonra terror problemi ilə yaşaya bilməz və hər kəs bu məsələdə məsuliyyət daşıyır.

Bahçeli Suriya üçün hərbi əməliyyat siqnalı verərək deyib:

"Ankara ilə Dəməşqin birgə iradəsi ilə hərbi müdaxilə qaçılmaz olacaq. Bu, hər kəs tərəfindən bilinməlidir."

O, YPG-nin ABŞ və İsrailin təsiri altında fəaliyyət göstərdiyini və Suriya üçün təhlükə yaratdığını vurğulayıb.

Baxçalı PKK-nın qurucusunun təşkilatı ləğv etməsindəki rolunu vurğulayıb.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar