Ru
14:07 / 21 Yanvar 2021

Baydenin andiçməsindən sonra ABŞ: İğtişaşlar başladı

1616
ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin dünənki andiçmə mərasimindən sonra ölkənin qərb sahillərində yerləşən Portland və Sietl (Seattle) şəhərlərində solçu hərəkatları iğtişaş törədiblər.

Bu barədə hər iki şəhərin polis departamentləri “Twitter” səhifəsindən bildiriblər.

“Fox News” xəbər verir ki, Sietlin mərkəzində etirazçılar məhkəmə binasını və “Amazon”un dükanını dağıdaraq dövlət bayrağını yandırıblar. İki nəfər saxlanılıb. Portlandda isə Demokrat Partiyasının şəhər ofisi dağıdılıb, gömrük və immiqrasiya xidmətlərinin binaları daşqalaq edilib. Bir qismində elektroşok cihazı, qaz balonları gətirən etirazçılar antifaşist təşkilatları və əks-irqçi BLM hərəkatının üzvü olduqlarını göstərən şüarlar səsləndiriblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər