Keçmiş ABŞ Prezidenti Co Baydenin oğlu Hunter Bayden ölkənin hazırkı lideri Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.
"Bakupost" xarici mətuata istinadən xəbər verir ki, o, bu barədə sosial media səhifəsində bildirib.
Hunter Bayden belə qərara gəlməsinin səbəbini tarixdə heç bir prezidentin Tramp qədər eyni müharibəni bir neçə dəfə bitirə bilməməsilə əlaqələndirib.
O, Trampın İrandakı hərbi əməliyyatlara ən azı 38 dəfə son qoyduğunu deyib.
“Heç bir prezident bunu əvvəllər edə bilməyib. Bu, Nobel Komitəsi tərəfindən tanınmağa layiq bir rekorddur" - deyə, keçmiş ABŞ prezidentinin oğlu bildirib.
Rüfət Sultan,
BakuPost