Ru
09:13 / 18 İyul 2026

Bayramovun açıqlaması rusları sevindirdi: Rəsmən elan etdilər

Bayramovun açıqlaması rusları sevindirdi: Rəsmən elan etdilər
Eye

Rusiya Səyahət Sənayesi Birliyi Azərbaycanla Rusiya arasında birbaşa aviareyslərin bərpasının turizmə müsbət təsir göstərə biləcəyini açıqlayıb.

"Bakupost" Globalinfo.az-a istinadən xəbər verir ki, birliyin qiymətləndirməsinə görə, birbaşa uçuşların yenidən açılması Rusiyadan Azərbaycana turist axınının 10-20 faiz artmasına şərait yarada bilər.

Qeyd olunub ki, turist sayındakı artım əsasən uçuşların tezliyi və aviabiletlərin qiymətlərindən asılı olacaq. Birbaşa reyslər uzunmüddətli transferləri aradan qaldıraraq səyahət vaxtını əhəmiyyətli dərəcədə qısaldacaq və marşrutu turistlər üçün daha cəlbedici edəcək.

Rusiya Səyahət Sənayesi Birliyi həmçinin bildirib ki, Azərbaycan rusiyalı turistlər arasında populyar istiqamətlərdən biridir. Buna səbəb kimi ölkədə rus dilinin geniş yayılması və dil baryerinin demək olar ki, hiss olunmaması göstərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar