Ru
13:54 / 15 May 2026

BƏƏ-dən Hörmüz boğazına alternativ: Yeni boru xətti inşa edir

BƏƏ-dən Hörmüz boğazına alternativ: Yeni boru xətti inşa edir
Eye

Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabi Milli Neft Şirkəti vasitəsilə Hörmüz boğazını alternativ marşrutla əvəz edəcək yeni boru xətti layihəsini sürətləndirmək qərarı verib.

Bakupost.az xəbər verir ki, bu barədə Əbu-Dabi Media Ofisi məlumat yayıb.

Məlumata görə, vəliəhd şahzadə Xalid bin Məhəmməd bin Zayed Al Nəhyan hazırkı şəraitdə layihənin qlobal enerji təhlükəsizliyi baxımından daha çox əhəmiyyət daşıdığını bildirib.

“Habshan–Fuceyra Boru Xətti” adlanan layihə Hörmüz boğazını keçmədən neft ixracına imkan yaradacaq. Hazırda tikintisi davam edən xəttin 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Məlumata görə, layihə Füceyrə limanı üzərindən ixrac gücünü iki dəfə artıracaq. Gündəlik 1,5–1,8 milyon barrel tutuma malik xəttin hazırda istifadə edilə bilən gücü təxminən 700 min barrel hesab olunur.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar