Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 650,2 min ABŞ dolları dəyərində 530 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə Azərbaycan Belarusdan 293,5 min ABŞ dolları dəyərində 239,4 ton, Rumıniyadan 206,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 46% çox) 168,7 ton (+46%), Rusiyadan 150 min ABŞ dolları dəyərində (-49%) 122,3 ton (-49%) və benzin alıb.
Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Belarusdan tədarükü bərpa edib.
2025-ci ildə Azərbaycana idxal edilmiş "Aİ-98" benzinin 45,2%-i Rumıniyanın, 40,1%-i Rusiyanın payına düşüb.