Ru
23:20 / 21 Noyabr 2020

Bərdədə dəhşətli qəza: İki nəfər öldü FOTOLAR

Bərdədə dəhşətli qəza: İki nəfər öldü  FOTOLAR
Eye

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Bərdə-Tərtər yolunun Lager adlanan ərazisində baş verib.

Belə ki, “VAZ-2107” və “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-21011" markalı minik avtomobili yanıb.

Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb. Xəsarət alanlar: Bərdə rayon sakinləri - 1986-cı il təvəllüdlü Rəhimli Rövşən Teymur oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Edilxan oğlu və Tərtər rayon sakinləri - 1995-cil il təvəllüdlü Əliyev İsgəndər İsrail oğlu, 1989-cu il təvəllüdlü Abbasov Elşad Mübariz oğludur.

Faktla bağlı araşdırma aparılır.
APA

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar