Ru
14:42 / 30 Oktyabr 2016

Bərdədə qadağan olunmuş it döyüşü keçirilir – VİDEO

Bərdədə qadağan olunmuş it döyüşü keçirilir –  VİDEO
Eye

Hazırda Bərdədə it döyüşü həvəskarları toplaşıb. 



Bu barədə musavat.com-a it döyüşü keçirilən ərazidə olan vətəndaşlarımızdan biri məlumat verib. 



O, deyib ki, bu, sadəcə ikili döyüşlərdir, çempionat deyil. Kim istəsə, öz itini bəhsə qoşulmağa həvəsi olan digər birinin iti ilə boğuşdurur. Ortaya, kimin gücü nəyə çatırsa, bəhs məbləği də qoyulur. 



Hazırda Azərbaycanın ən müxtəlif bölgələrindən öz itləri ilə Bərdəyə gələn həvəskarlar orada it boğuşdurmaqla məşğuldurlar. Döyüşlərdə ölkənin müxtəlif bölgələrindən gətirilmiş 28 cins it iştirak edir.



Qeyd edək ki, it boğuşdurma, xoruz döyüşdürmə Azərbaycanda qədim zamanlarda da mövcud olub. İspanlarda öküzlə insanın döyüşü – korrida olduğu kimi, bizdə də bu azart milli köklərimizdən gəlir. 



Lakin hazırda Azərbaycanda it və xoruz döyüşləri rəsmi olaraq yasaqlanıb. 

 





 



 


 

BakıPost.az


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar