Ru
20:11 / 22 Sentyabr 2020

Bərpa olunan enerji mənbələri ilə bağlı fondlar yaradılacaq

Bərpa olunan enerji mənbələri ilə bağlı fondlar yaradılacaq
Eye

Bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və dəstəklənməsi üçün müvafiq fondlar yaradılacaq.

"BakuPost" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əsasnaməsində öz əksini tapıb.

Qeyd olunub ki, Dövlət Agentliyi bərpa olunan enerji mənbələrindən enerji resurslarının istehsalı, ötürülməsi, paylanması və istehlakı sahəsində texnoloji itkilərin və enerji sərfinin azaldılmasına yönələn tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin edəcək.

Həmçinin ölkənin enerji təhlükəsizliyinin təmin olunması tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar