Ru
11:11 / 20 İyun 2017

Bəy toy gecəsi otaqdan qaçdı, gəlini məhkəməyə verdi - Kuryoz olay

Bəy toy gecəsi otaqdan qaçdı, gəlini məhkəməyə verdi -  Kuryoz olay
Eye

Türkiyədə
toy gecəsi gəlinin bakirə çıxmaması iddiası məhkəməyə qədər uzanıb.


BakuPost.az "Hüriyyət”ə istinadən xəbər verir ki, toydan sonra gənc cütlüyün qışqırıq səsinə
bəyin anası və bibisi otağa qaçıb.


Həsən
S. adlı bəy onlara gəlinin bakirə olmadığını deyərək otaqdan çıxıb. Anası və
bibisi gəlinləri İnci S.nin üzünə tüpürərək onu təhqir ediblər. Gəlinin ailəsi
onu öz evlərinə aparıb.


Məhkəmədə
iddia qaldıran Həsənin vəkili təqdim etdiyi sübutlarda qeyd edib ki, toy gecəsi
gəlinin qızlıq pərdəsi açılarkən qanama olmayıb.


Ancaq
İnci S. da ərindən geri qalmayaraq 200 min lira təzminat tələbi ilə ona qarşı məhkəmədə
iddia qaldırıb.


Gənc
qızın vəkili Mahmud Aslan məhkəməyə verdiyi dosyedə xatırladıb ki, onun bakirə
olmamasından söhbət gedə bilməz, sadəcə qarşı tərəf problem yaşayıb. Xəstəxananın
tibbi ekspertizası da qızın bakirə olduğunu təsdiqləyib.


İnci S.
bildirib ki, həmin gecə Həsən çox həyəcanlanıb və bu səbəbdən alınmayıb: "Ancaq
günahı mənim üstümə atdı. Anası və bibisi də ona qoşuldular”.


Məhkəmə
prosesi davam edir.



BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar