Ru
17:49 / 26 Noyabr 2025

Bəzən danışıqları Votsap üzərindən aparıram – Uşakovdan etiraf

Bəzən danışıqları Votsap üzərindən aparıram – Uşakovdan etiraf
Eye

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov etiraf edib ki, diplomatik danışıqları bəzən Votsap üzərindən aparır.

Baskupost.az xəbər verir ki, o, bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikovla söhbətində danışıb.

Rusiya rəsmisi bildirib ki, bu, son günlərdə yayılan məlumat sızmalarının səbəblərindən biri ola bilər:

“Bəli, qapalı rabitə xətti ilə təmaslar olur. Əgər tərəflərdən biri bunu bilərəkdən etməsə, demək olar ki, sızma baş vermir. Amma Votsap üzərindən bəzi söhbətlər də olur və ümumilikdə görünür ki, kimsə hansısa şəkildə onları dinləyə bilər. Burada söhbət iştirakçılarının informasiya ötürməsi ehtimalı, yəqin ki, çox azdır”.

Noyabrın 25-də “Bloomberg” Uşakov ilə ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff arasında oktyabr ayında baş tutmuş danışığın tam mətnini dərc edib. Eyni zamanda, Uşakovun Putinin digər köməkçisi Kirill Dmitriyev ilə söhbətinin də transkripti yayımlanıb. Həmin danışıqların mövzusu Ukrayna ilə bağlı sülh planı olub.

Dmitriyev “Bloomberg”in dərc etdiklərini “feyk” adlandırıb. Uşakov isə bu danışıqların həqiqiliyini nə təsdiqləyib, nə də təkzib edib və belə məzmunlu söhbətləri şərh edə bilməyəcəyini bildirib.

Rusiyada Votsap zəngləri avqustun ortalarından bloklanıb və messencer vasitəsilə yalnız VPN aktiv olduqda zəng etmək mümkündür.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar